Bank Of Baku

Ziyafət Əsgərov Avstriya Konstitusiya Məhkəməsinin sədr müavini xanım Bricit Birleyni qəbul edib

Ziyafət Əsgərov Avstriya Konstitusiya Məhkəməsinin sədr müavini xanım Bricit Birleyni qəbul edib
# 19 aprel 2007 16:05 (UTC +04:00)
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Avstriya Konstitusiya Məhkəməsinin sədr müavini xanım Bricit Birleyni qəbul edib. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Z. Əsgərov Azərbaycanın dünya dövlətləri, o cümlədən Avstriya ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib. Z. Əsgərov Azərbaycanın Konstitusiya Məhkəməsinin Avropa dövlətlərinin və Avstriyanın müvafiq institutları ilə əməkdaşlıq etdiyini deyib. Birinci vitse-spiker, həmçinin Milli Məclisdə məhkəmə sisteminin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində məqsədyönlü iş aparıldığını bildirib: “Bu sahə üzrə mühüm əhəmiyyət kəsb edən sənədlər qəbul olunub. Qanun layihələri üzərində iş gedərkən avropalı ekspertlərin rəy və təklifləri də nəzərə alınıb”. B. Birleyn Avstriyanın Azərbaycanın Konstitusiya Məhkəməsinin fəaliyyətinin daha da təkmilləşdirilməsi və hüquqi islahatların qanunvericilik bazasının yaradılması sahəsində gələcəkdə də öz dəstəyini vermək niyyətində olduğunu deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR