Bank Of Baku

Gültəkin Hacıyeva “Pasat işi” ilə əlaqədar oktyabrda Moldovaya səfər edəcək

Gültəkin Hacıyeva “Pasat işi” ilə əlaqədar oktyabrda Moldovaya səfər edəcək
# 19 aprel 2007 16:34 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının Hüquqi Məsələlər Komitəsinin İnsan Hüquqları Alt Komitəsinin iclasında Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Gültəkin Hacıyevanın “Pasatın işi üzrə” adlı məruzəsi dinlənilib. Bu barədə APA-nın Avropa Şurasında akkreditə olunmuş əməkdaşına açıqlama verən Gültəkin Hacıyeva Moldovanın keçmiş müdafiə naziri Valeri Pasatın işi bağlı məruzə etdiyini deyib: “Bu məruzə ətrafında fikir mübadiləsi oldu və komitə bu qərara gəldi ki, mənim məruzəçi olaraq Moldovaya səfər etməyim və bu məsələni araşdırmağım zəruridir. Oktyabrda Moldovaya səfər edəcəyəm və Valeri Passatla, Moldovanın ədliyyə naziri, Ali Məhkəmənin sədri, ölkənin siyasi rəhbərliyi ilə görüşlər keçirəcək və bu məsələnin həlli yollarını araşdıracağam”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR