Bank Of Baku

Canni Bukikkio: “Seçki komissiyalarının tərkibi bütün siyasi qüvvələri razı salmalıdır”

Canni Bukikkio: “Seçki komissiyalarının tərkibi bütün siyasi qüvvələri razı salmalıdır”
# 19 aprel 2007 17:18 (UTC +04:00)
APA-nın Avropa Şurası Parlament Assambleyasında akkreditasiya olunmuş müxbirinin məlumatına görə, bu sözləri azərbaycanlı jurnalistlərlə söhbətində Venesiya Komissiyasının katibi Canni Bukikkio deyib. Azərbaycanda məhkəmə sistemində də islahatlara ehtiyac olduğunu söyləyən C. Bukikkio seçki komissiyalarının formalaşdırılmasına da toxunub: “Seçki komissiyalarının tərkibi bütün siyasi qüvvələri razı salmalı, çoxluq hakim mövqe tutmamalıdır”.
C. Bukikkio Azərbaycan hakimiyyəti ilə “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunla bağlı əməkdaşlıqdan razı qaldığını söyləyib: “Azərbaycan hakimiyyəti problemi həll etmək istəyir. Lakin bəzi məsələlərdə hələ də fikir ayrılığı var. Bu qanunun düzgün tətbiqi 2008-ci ildə Azərbaycanda azad və ədalətli prezident seçkiləri keçirilməsində vacib rol oynaya bilər”.
Baş katib Azərbaycanda parlamentin səlahiyyətlərinin genişlənməsinin, hakimiyyətin müxtəlif qolları arasında balans əldə olunmasının zəruriliyini də diqqətə çatdırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR