Bank Of Baku

Qobustan həbsxanasında keçirilən aclıq aksiyasına yeni məhbuslar qoşulub

Qobustan həbsxanasında keçirilən aclıq aksiyasına yeni məhbuslar qoşulub
# 20 aprel 2007 08:10 (UTC +04:00)
Bu barədə APA-ya aclıq aksiyası keçirən məhbusların bir qrupunun vəkili Elman Osmanov bildirib. Vəkil deyib ki, yeni aclığa qoşulanların arasında sabiq XTPD üzvləri Səfa Poladov və Arif Kazımov da var. E. Osmanov dünən 6 məhbusun aclığı dayandırması barədə yayılan məlumatları təkzib edərək bildirib ki, aclığa başlayan 33 ömürlük məhbusa 10 məhbus qoşulandan sonra hazırda aksiyaçıların sayı 43-ə çatıb. Bu gün səhər APA-ya Qobustan həbsxanasında cəza çəkən məhbuslar tərəfindən göndərilən məlumatda isə bildirilir ki, hazırda aclıq edənlərin sayı 39 nəfərdir.
Qobustan həbsxanasının rəisi Əlizadə Hüseynov da APA-ya açıqlamasında deyib ki, dünən daha 6 məhbus aclıq aksiyasına başlayıb: “Əvvəlcə aclığa 26 məhbus qoşulmuşdu, sonradan 6 məhbus aksiyanı dayandırdı. Dünən isə daha 6 məhbus aclığa başladı. Hazırda aclıq edənlərin sayı 26 nəfərdir. Onların səhhəti həkim nəzarəti altındadır”.
Qeyd edək ki, ömürlük məhbuslar cəzalarının 15 ilik həbslə əvəzlənməsini tələb edirlər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR