Bank Of Baku

Azərbaycanlı deputatlar erməni probleminə həsr olunmuş beynəlxalq

Azərbaycanlı deputatlar erməni probleminə həsr olunmuş beynəlxalq
# 20 aprel 2007 10:07 (UTC +04:00)
Azərbaycanlı deputatlar erməni probleminə həsr olunmuş beynəlxalq simpoziumda iştirak edir

Bu gün Türkiyənin paytaxtı Ankara şəhərində erməni məsələsinə dair beynəlxalq simpozium başlayıb. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, iki gün davam edəcək simpozium Türkiyə Kültür və Sənət Vəqfinin təşkilatçılığı ilə keçirilir. Tədbirin keçirilməsinə Ankara Ticarət Palatası, Azərbaycan Amerika İnstitutu, Amerika Türk Dərnəkləri Məclisi, Pitsburq Türk Amerika Dərnəyi, Ankaranın Keçiörən bələdiyyəsi, Basın Yayın Şirkəti və Çağ Dərsanələri də dəstək verib. Simpoziumda türk və amerikalı elm adamları, ictimai xadimlərlə yanaşı, Azərbaycan parlamentinin üzvləri və Amerika-Azərbaycan İnstitutunun sədri Vural Cengiz də iştirak edir. Simpoziumda əsasən 1915-ci il hadisələri ilə bağlı erməni iddialarının tarixi, bu gün Türkiyənin qarşı-qarşıya qaldığı ”soyqırım” yalanı və bu vəziyyətdən çıxış yollarının müzakirə edilməsi nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR