Bank Of Baku

ABŞ-ın Montana Universitetində Azərbaycan, cənub-qərbi və mərkəzi Asiya ölkələri ilə bağlı tədbirlər keçirilir

ABŞ-ın Montana Universitetində Azərbaycan, cənub-qərbi və mərkəzi Asiya ölkələri ilə bağlı tədbirlər keçirilir
# 20 aprel 2007 10:45 (UTC +04:00)
ABŞ-ın Montana Universitetində Azərbaycan, cənub-qərbi və mərkəzi Asiya ölkələri ilə bağlı mədəni-siyasi xarakterli tədbirlər keçirilir. Montana Universitetinin professoru Tomas Qoltzun APA-nın ABŞ bürosuna verdiyi məlumata görə, rəsmi olaraq “5-ci cənub-qərbi və mərkəzi Asiya” adlanan konfransda ABŞ dövlət katibinin müavini Riçard Bauçer, Türkmənistan, Tacikistan, Gürcüstan və Qırğızıstan səfirləri də iştirak edir. Konfransda Azərbaycan diplomatları və diaspora təmsilçilərinin çıxışları olub. Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov Azərbaycanın Qafqazda rolu, reallaşdırdığı transmilli layihələr və ABŞ-la əməkdaşlığı barədə məruzə edib. Tədbir çərçivəsində “Qədim Şərq” muğam ansamblının çıxışı da olub. Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Los-Angelesdəki Baş Konsulluğunun təşkilatçılığı ilə ştata gələn Sənubər Bağırovanın rəhbərlik etdiyi ansambl Montana ştatının Billinqs, Levinqton və Missoula şəhərlərində konsertlər verib. T. Qoltz azərbaycanlı musiqiçilərin çıxışlarının yerli sakinlər tərəfindən böyük rəğbətlə qarşılandığını və mətbuatda geniş işıqlandırıldığını deyib.
Sabah Montana Universitetində “Azərbaycan: Xəzər dənizinin Küveyti” mövzusunda dəyirmi masa keçiriləcək. Tədbirlər 3 gün davam edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR