Bank Of Baku

Mayın 2-5-də Bakıda Belarus Milli Sərgisi keçiriləcək

Mayın 2-5-də Bakıda Belarus Milli Sərgisi keçiriləcək
# 20 aprel 2007 11:01 (UTC +04:00)
Mayın 2-5-də “Gənclik” idman kompleksində keçiriləcək Belarus Milli Sərgisinin açılış mərasiminə bu ölkənin baş nazirinin müavini Andrey Kodakov da qatılacaq. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Belarusun ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Nikolay Patskeviç məlumat verib. Onun sözlərinə görə, sərgidə Belarusun xalq təsərrüfatı kompleksinin bütün sahələrinə dair stendlər nümayiş olunacaq. 1000 kvadratmetr sahəni əhatə edən sərgidə Belarus Sənaye Nazirliyinin, məişət texnikası, ağac emalı, mebel, əczaçılıq, hərbi sənaye, tikinti materialları və tikinti sənayesinə dair 30-dan artıq müəssisənin stendlərinin nümayişi nəzərdə tutulub. Bundan başqa Belarus Milli Sərgisində ölkənin elm potensialını əks etdirən stendlər də yerləşdiriləcək. Stendlərdə Belarus Elmlər Akademiyası, 14 ali məktəb, tibbi tədqiqatlarla məşğul olan yeddi elmi müəssisənin fəaliyyətinə dair materiallar öz əksini tapacaq. Sərgi çərçivəsində iki seminar və biznes-forumun keçirilməsi nəzərdə tutulur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR