Bank Of Baku

Beynəlxalq Demokratiya İttifaqı Etibar Məmmədovun İrandakı azərbaycanlılarla bağlı hazırladığı qərar layihəsini qəbul edib

Beynəlxalq Demokratiya İttifaqı Etibar Məmmədovun İrandakı azərbaycanlılarla bağlı hazırladığı qərar layihəsini qəbul edib
# 27 aprel 2007 16:15 (UTC +04:00)
Beynəlxalq Demokratiya İttifaqının Xorvatiyanın Dubrovnik şəhərində keçirilən toplantısında AMİP lideri Etibar Məmmədovun təklifi ilə İrandakı azərbaycanlılarla bağlı məsələ müzakirə edilib və müvafiq qərar qəbul olunub. AMİP-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, E. Məmmədov İranda baş verən son hadisələr haqqında konfrans iştirakçılarını məlumatlandırıb və hazırladığı qərar layihəsini müzakirəyə təqdim edib. Müzakirələr nəticəsində qəbul olunmuş qərarda İranda Azərbaycan dilinə rəsmi azlıq dili statusu verilməsi tələb olunur. Sənəddə həmçinin azərbaycanlıların öz dillərindən şifahi və yazılı formada istifadə etməsinə, siyasi və mədəni təşkilatlar yaratmasına imkan verilməsi, onların mədəni irsinin və demokratik hüquqlarının qorunması tələbi də yer alıb. BDİ üzvü olan partiyaların rəhbərləri məsələ ilə bağlı öz ölkələrinin parlamenti və hökuməti qarşısında məsələ qaldıracaqlarını deyiblər.
Qeyd edək ki, AMİP 1997-ci ildən BDİ-nin üzvüdür, E. Məmmədov isə 2003-cü ildən təşkilat sədrinin müavini seçilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR