Bank Of Baku

Heydər Əliyev Fondu ilə İSESCO arasında əməkdaşlıq haqqında protokol imzalanıb

Heydər Əliyev Fondu ilə İSESCO arasında əməkdaşlıq haqqında protokol imzalanıb
# 28 aprel 2007 09:07 (UTC +04:00)
APA-nın “AzərTAC” Dövlət İnformasiya Agentliyinə istinadən yaydığı məlumata görə, Mehriban Əliyeva 51 müsəlman dövlətinin təmsil olunduğu nüfuzlu beynəlxalq mədəni-humanitar qurum olan İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının - İSESKO-nun rəhbərini salamlayaraq, onun yenidən Azərbaycana gəlməsindən məmnunluğunu söyləyib. “Şöhrət” ordeni ilə təltif edilməsi münasibətilə baş direktoru təbrik edən Mehriban Əliyeva özünün də xoşməramlı səfiri olduğu İSESKO-nun dünyada nüfuzunun getdikcə artmasından, islam ölkələrində gördüyü genişmiqyaslı işlərdən qürur duyduğunu bildirib. Səmimi qəbula və xoş sözlərə görə təşəkkür edən İSESKO-nun baş direktoru prezident İlham Əliyevlə görüşünün böyük təsir bağışladığını, rəhbərlik etdiyi təşkilatın ölkəmizlə əməkdaşlığa xüsusi önəm verdiyini, Heydər Əliyev Fondu ilə əlaqələrin genişlənməsindən məmnunluğunu vurğulayıb. Fondun elm, təhsil, mədəniyyət və digər sahələrdə həyata keçirdiyi layihələri yüksək qiymətləndirən Əbdüləziz bin Osman əl-Tüveycri İSESKO-nun ilk qadın xoşməramlı səfiri kimi Mehriban xanımın bu şərəfli missiyanın yerinə yetirilməsində şəxsi nümunə göstərdiyini bildirib. Daha sonra Mehriban Əliyeva və Əbdüləziz bin Osman əl-Tüveycri Heydər Əliyev Fondu ilə İSESKO arasında əməkdaşlıq haqqında protokol imzalayıblar. 5 il müddətinə əməkdaşlığın əsas prinsiplərini tənzimləyən Protokol elm, mədəniyyət, təhsil sahəsində əlaqələrin inkişafını, birgə layihələrin işlənib həyata keçirilməsini, fəaliyyətin əlaqələndirilməsini nəzərdə tutur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR