Bank Of Baku

Azərbaycanın ABŞ-da səfiri Yaşar Əliyev: “Dövlət Departamenti Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olmasını bir daha təsdiqləyib”

Azərbaycanın ABŞ-da səfiri Yaşar Əliyev: “Dövlət Departamenti Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olmasını bir daha təsdiqləyib”
# 28 aprel 2007 09:23 (UTC +04:00)
Bu eksklüziv açıqlamanı APA-nın ABŞ bürosuna Azərbaycanın ABŞ-da fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyev verib. Onun sözlərinə görə, Amerikanın xarici siyasət idarəsinin bu qərarı reallığı əks etdirir: “Dövlət Departamenti bu qərarla Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olmasını bir daha təsdiq edib. Dövlət Departamentinin hesabatı ilə bağlı vəziyyəti biz ilk gündən diqqətlə izləyirdik və lazımı addımlar atırdıq. Mövqeyimiz ondan ibarət idi ki, Dağlıq Qarabağ Azərbaycanın qədim və ayrılmaz hissəsidir və bu məsələ ümumiyyətlə müzakirə mövzusu ola bilməz”. Yaşar Əliyev hesabata edilən dəyişikliyi qələbə kimi təqdim etməkdən uzaq olduğunu da bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR