Bank Of Baku

Müsavat Partiyası enerji daşıyıcılarının qiymətinin artırılması ilə bağlı yürüş-mitinq keçirib

Müsavat Partiyası enerji daşıyıcılarının qiymətinin artırılması ilə bağlı yürüş-mitinq keçirib
# 30 aprel 2007 08:29 (UTC +04:00)
Müsavat Partiyası enerji daşıyıcılarının qiymətinin artırılması ilə bağlı Tarif Şurasının qərarının ləğv edilməsi, kommunal xərclərin azaldılması tələbi ilə dünən yürüş-mitinq keçirib. APA-nın məlumatına görə, “Həzi Aslanov” metrostansiyasından yürüşlə başlayan aksiya Ukrayna meydanında mitinqlə davam edib. Aksiyada “Qiymət artımına yox deyirik!”, “İnsanları eşidin, qiymətləri endirin” və digər şüarlar səsləndirilib. Aksiyada Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, partiya başqanının müavini Qabil Hüseynli, millət vəkili Pənah Hüseyn və Müsavat başqanı İsa Qəmbər çıxış ediblər. Onlar qiymət artımına etiraz etməklə yanaşı, həbsdə olan jurnalistlərin azad edilməsini və mətbuata təzyiqlərin dayandırılmasını tələb ediblər.
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya daxil olan məlumatda yürüş mitinqdə təxminən 400 nəfərin iştirak etdiyi və aksiya zamanı heç bir insidentin baş vermədiyi bildirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR