Bank Of Baku

Azərbaycan Ukrayna parlamentindən GUAM-ın təsis sənədlərini təcili paraflamağı tələb edib

Azərbaycan Ukrayna parlamentindən GUAM-ın təsis sənədlərini təcili paraflamağı tələb edib
# 30 aprel 2007 08:56 (UTC +04:00)
APA-nın Ukrayna mətbuatına istinadən yaydığı məlumata görə, Azərbaycan tərəfi bununla bağlı Ukrayna parlamentinə rəsmi xəbərdarlıq edib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ukrayna parlamentinin üzvlərini adı çəkilən sənədləri maksimum tez ratifikasiya etməyə çağırıb. Nazirin sözlərinə görə, GUAM-ın sənədləri ratifikasiya olunmadığına görə, quruma üzv dövlətlərini prezidentlərinin iştirakı ilə Bakıda keçirilməsi planlaşdırılan sammit baş tutmaya bilər. Elmar Məmmədyarov GUAM Katibliyinin hələ də fəaliyyətə başlaya bilməməsini qeyd olunan sənədlərin ratifikasiya olunmaması ilə əsaslandırıb. Qeyd edək ki, GUAM-ın Kiyev sammitində adı çəkilən təşkilatın beynəlxalq birlik olması hüquqi cəhətdən rəsmiləşdirilib. Ukrayna prezidenti Viktor Yuşşenko sammitdə imzalanan sənədləri ratifikasiya etmək üçün parlamentə göndərib. Prezident parlamentə müraciətində bildirib ki, GUAM Nizamnaməsinin ratifikasiya olunması haqqında qanun layihəsinin ratifikasiyası Ukraynanın bu qurumda aparıcı rolunu artıracaq, GUAM Katibliyinin Kiyevdə yerləşməsi isə Ukrayna paytaxtını dünyanın mühüm siyasi mərkəzlərindən birinə çevirəcək. Ukrayna Xarici İşlər Nazirliyinin məlumatına görə, GUAM-ın 2007-ci il üçün illik büdcəsi 500 min dollar təşkil etməlidir. İştirakçı dövlətlər qurumun büdcəsinə ilkin olaraq hər il 60 min dollar üzvlük haqqı ödəməlidir, perspektivdə isə bu rəqəmin 120 min dollara çatdırılması nəzərdə tutulur. Müqayisə üçün qeyd edək ki, Avropa Şurasına illik üzvlük haqqı 3 milyon dollardır. Xatırladaq ki, GUAM ölkələri bu ilin martına kimi sülhməramlı kontingentin ştat strukturunu müəyyənləşdirməli idi. Bu sülhməramlıların Gürcüstandakı münaqişə zonalarında Rusiya sülhməramlılarının əvəzləməsi nəzərdə tutulur. Bununla belə Ukrayna üçün GUAM-da iştirak Rusiya ilə qarşıdurma baxımından deyil, enerji daşıyıcılarının nəqlinin diversifikasiyası baxımından əhəmiyyət kəsb edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR