Bank Of Baku

Ermənistanda əsirlikdə olan Azərbaycan əsgəri vətənə qayıtmaqdan rəsmi imtina edib və üçüncü ölkəyə getmək istədiyini bildirib

Ermənistanda əsirlikdə olan Azərbaycan əsgəri vətənə qayıtmaqdan rəsmi imtina edib və üçüncü ölkəyə getmək istədiyini bildirib
# 30 aprel 2007 09:05 (UTC +04:00)
Bu barədə APA-ya əsirin əmisi Vidadi Məmmədov məlumat verib. V. Məmmədovun sözlərinə görə, bu məlumatı ona Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bərdədəki ofisindən bildiriblər: “Mənə dedilər ki, Komitənin Ermənistandakı nümayəndələri aprelin 27-də Samirlə görüşüblər və o bu sözləri orada deyib. Amma biz bu sözlərin həqiqi olduğunu inanmırıq, Samir belə hərəkət edə bilməz. Bu, ermənilərin yalanıdır. Təəssüf ki, Beynəlxalq Qırmız Xaç Komitəsinin həmin ölkədəki nümayəndələri də ermənilərin təsiri altında işləyirlər”.
BQXK-nın Bakı nümayəndələrinin mətbuat xidmətinin əməkdaşı Gülnaz Quliyeva isə APA-ya açıqlamasında bildirib ki, qurumun Ermənistandakı nümayəndələri S. Məmmədovla aprelin 27-də 16-cı dəfə görüb, həmişəki kimi, əsgərin saxlanma şəraiti və psixoloji durumu ilə bağlı monitorinq aparıblar. Görüşün konfidensial xarakter daşıdığını nəzərə alaraq bu barədə açıqlama verməyin mümkün olmadığını bildirən G. Quliyeva əsirin əmisinin fikirləri ilə bağlı bunları deyib: “Qırmızı Xaç Komitəsi bütün ölkələrdə öz mandatına uyğun, təsir altına düşmədən fəaliyyət göstərir. Biz yazılan bütün məktubları ünvanına çatdırırıq. Əsirin yazmaq və yazmamaq hüququ var. Biz bu hüquqa müdaxilə edə bilmərik”.
Əsir əsgərin üçüncü ölkə seçməsi barədə deyilənlərə gəlincə, G. Quliyeva bildirib ki, bu məsələ BQXK-nın mandatına uyğun deyil və onlar əsiri hansısa başqa bir ölkəyə göndərə bilməzlər.
Əsir və girov götürülmüş, itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından isə APA-ya bildirilib ki, S. Məmmədovun vətənə dönməkdən imtina etməsi, valideynlərinə məktub yazmaq istəməməsi və üçüncü ölkəyə getmək niyyəti ilə bağlı aprelin 28-də BQXK-dan Komissiyaya rəsmi məktub daxil olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR