Bank Of Baku

Bakıda “Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”ya həsr olunmuş konfrans keçirilir

Bakıda “Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”ya həsr olunmuş konfrans keçirilir
# 30 aprel 2007 09:18 (UTC +04:00)
Bu gün Bakıda “Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”ya həsr olunmuş ikigünlük konfrans işə başlayıb. APA-nın məlumatına görə, tədbirin təşkilatçıları ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Azərbaycan Korrupsiyaya qarşı Mübarizə Komissiyası, ABŞ səfirliyi, ABŞ Ədliyyə Departamenti, ATƏT, Avropa Şurası və Korrupsiyaya qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsidir. Konfransda Milli Strategiya layihəsinin təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparılıb. USAİD-in nümayəndəsi Skot Teylor Azərbaycanda korrupsiyaya qarşı mübarizə üçün qanunvericilik bazasının olduğunu deyib. S. Teylor vurğulayıb ki, Azərbaycan hökuməti bu işdə eyni zamanda Avropa Şurasının müvafiq sənədlərindən və BMT-nin “Korrupsiyaya qarşı mübarizə Konvensiyası”ndan yararlana bilər. Azərbaycanın korrupsiya ilə mübarizə istiqamətində qısa zamanda nailiyyətlər əldə etdiyini deyən USAİD nümayəndəsi yeni strategiyanın hazırlanmasını müsbət qiymətləndirib.
Milli Məclisin deputatı Bəxtiyar Əliyev isə Azərbaycanda 2004-cü ildən başlayan korrupsiya ilə mübarizə tədbirləri barədə danışıb. Onun sözlərinə görə, 2004-cü ilin dekabrında qüvvəyə minmiş “Korrupsiya ilə mübarizə üzrə Dövlət Proqramı”nın icra müddəti 2006-cı ilin dekabrında başa çatıb. Proqram çərçivəsində bir sıra icra strukturu yaradılıb, qanunların hazırlanıb, mövcud qanunvericiliyə əlavə və dəyişikliklər edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR