Bank Of Baku

Ruslan Bəşirli “kars”dan çıxıb

Ruslan Bəşirli “kars”dan çıxıb
# 30 aprel 2007 09:23 (UTC +04:00)
“Yeni Fikir” Gənclər Hərəkatının sədri Ruslan Bəşirli “kars”dan çıxıb. Bu barədə APA-ya məlumat verən R. Bəşirlinin vəkili Osman Kazımovun sözlərinə görə, 15 günlük “kars” cəzası başa çatıb və o, kameraya qaytarılıb. O. Kazımov R. Bəşirli ilə bağlı sənədlərin Avropa İnsan Haqları Məhkəməsinə hazırlandığını da qeyd edib. Onun sözlərinə görə, hərəkat sədrinin işi ilə bağlı Azərbaycanda aidiyyəti məhkəmə orqanlarına müraciət edilib və bütün instansiyalar keçib. O. Kazımov Ali Məhkəmənin qəbul etdiyi qərara ala bilmədikləri üçün Avropa Məhkəməsinə müraciətin gecikdiyini bildirib. Vəkilin sözlərinə görə, iddia ərizəsində Avropa Məhkəməsindən R. Bəşirliyə bəraət və həbsdən azad edilməsi ilə bağlı qərar verilməsi xahiş olunacaq. Bundan əlavə, R. Bəşirliyə dəymiş maddi və mənəvi ziyana görə təzminat da istəniləcək.
Qeyd edək ki, “Yeni Fikir” Gənclər Hərəkatının rəhbərləri - Ruslan Bəşirli və Ramin Tağıyev dövlət çevrilişinə cəhddə ittiham olunaraq 2005-ci ildə həbs ediliblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR