Bank Of Baku

Brüssel Forumunda Azərbaycan və regionla bağlı müzakirələr keçirilib

Brüssel Forumunda Azərbaycan və regionla bağlı müzakirələr keçirilib
# 30 aprel 2007 10:08 (UTC +04:00)
Aprelin 27-29-da Brüssel Forumunda “Baltikdən genişlənən Qara dənizə: yeni Avroatlantik üfüqlər” mövzusu altında Azərbaycan və regionla bağlı müzakirələr keçirilib. Azərbaycanın Belçikadakı səfiri Emin Eyyubovun APA-nın Avropa bürosuna verdiyi məlumata görə, müzakirələr mətbuat üçün qapalı formatda keçirildiyi üçün yalnız ümumi məlumatları açıqlamaq mümkündür. Səfir Eyyubov Azərbaycanın Avroatlantik məkanla əməkdaşlığı barədə Milli Məclisin beynəlxalq əlaqələr komissiyasının sədri Səməd Seyidovun çıxış etdiyini və müzakirələrdə həmçinin Azərbaycanın Los-Angelesdə baş konsulu Elin Suleymanovun iştirak etdiyini bildirib. Cənubi Qafqaz regionuna həsr olunan iclasda Gürcüstanın xarici işlər naziri Qela Bejuaşvili, Ermənistan xarici siyasət idarəsinin rəhbəri Vardan Oskanyan və Litvanın müdafiə naziri Edqard Rinkeviç da məruzə ediblər. Azərbaycan nümayəndə heyəti digər Orta Asiya və Əfqanıstana həsr olunan müzakirələrdə də çıxış ediblər. Qeyd edək ki, Brüssel Forumu Amerikanın nüfuzlu Marshal Fondu, “Daymler Kraysler” şirkəti və Belçikanın Federal Hökumətinin dəstəyi ilə təşkil olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR