Bank Of Baku

AMİP və KXCP Müsavatı təkzib edir

AMİP və KXCP Müsavatı təkzib edir
# 30 aprel 2007 10:23 (UTC +04:00)
Müsavat Partiyasının aprelin 29-na təyin etdiyi yürüş-mitinqə AMİP və KXCP-nin də qoşulacağı ilə bağlı məlumatlar verilsə də, sözügedən partiyalar aksiyada iştirak etməyiblər. AMİP sədri Ayaz Rüstəmov APA-ya açıqlamasında bildirib ki, onların mitinqə qatılacağı ilə bağlı Müsavat rəhbərliyi və mətbuat orqanları yalnış məlumat yayıblar. A. Rüstəmov AMİP-in yürüş-mitinqə qatılmaqla bağlı heç bir qərarının olmadığını qeyd edib: “Biz yalnız üzvlərimizə aksiyada iştirakla bağlı sərbəstlik vermişdik. Müsavat rəhbərliyi, xüsusilə də Arif Hacılı bunu AMİP-in mitinqdə iştirakı kimi təqdim edirdi. Bunlar Arif Hacılının şəxsi fikirləri idi. AMİP belə bir qərar verə bilməzdi, çünki onlar aksiyada iştirak üçün bizə rəsmi müraciət etməmişdilər. Əgər belə aksiyalarda iştirak etmək fikrimiz olsa, o zaman özümüz mitinqlər təşkil edərik”.
KXCP sədri Mirmahmud Mirəlioğlu isə partiyasının Müsavatın təyin etdiyi mitinqlərin yalnız birində iştirak etdiyini deyib. Aprelin 29-na təyin edilən aksiyada iştirak etmədiklərini bildirən M. Mirəlioğlu mətbuatda bu barədə yazılmış məlumatları jurnalistlərin səhvi adlandırıb. A. Hacılının açıqlamalarına gəldikdə, partiya sədri buna şərh vermək istəməyib: “Biz aprelin 29-da keçirilmiş aksiyanı nə boykot etmişik, nə də qatılmışıq”.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə bildirib ki, sözügedən partiyaların aksiyada iştirakı ilə bağlı məlumatı partiya rəhbərliyində təmsil olunan şəxslərdən alıblar: “Biz bu məlumatları öz yanımızdan yaymamışıq. Digər tərəfdən, mən aksiyada KXCP və AMİP rəhbərliyində təmsil olan şəxslərin iştirakının şahidi oldum”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR