Bank Of Baku

YAP-ın Masallı rayon təşkilatının sədri dəyişib

YAP-ın Masallı rayon təşkilatının sədri dəyişib
# 30 aprel 2007 10:35 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının VI konfransı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransda YAP İdarə Heyətinin üzvü Kərim Kərimov, Milli Məclisin deputatları Mirkazım Kazımov və Əhəd Abiyev iştirak ediblər. Rayon təşkilatının sədri Şirvan Əbilov V konfransdan ötən dövr ərzində görülmüş işlər haqqında hesabat məruzəsi ilə çıxış edib. Konfransda rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Kərim Kərimov və millət vəkilləri nitq söyləyiblər. Toplantıda rayon təşkilatının 43 nəfərdən ibarət Şurası, 13 nəfərdən ibarət İdarə Heyəti və 7 nəfərdən ibarət Nəzarət-Təftiş Qrupu formalaşdırılıb. Əmanət Əzizov isə rayon təşkilatının yeni sədr seçilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR