Səməd Seyidov: “Azərbaycanın Avroatlantik məkana inteqrasiya siyasəti çox yüksək səviyyədə dəstəklənir”
30 aprel 2007 12:07 (UTC +04:00)
“Brüssel Forumunda Azərbaycanla bağlı məsələlərin gündəm mövzusu kimi təqdim olunması dünyanın bizim regiona diqqətini və bizim dünyada rolumuzu göstərir”. Milli Məclisini beynəlxalq əlaqələr komissiyasının rəhbəri Səməd Seyidov dünən başa çatan Brüssel Forumunun nəticələrini APA-ya belə şərh edib. O, tədbirə Cənubi Qafqazın hər üç respublikasından nümayəndə qatıldığını deyib: “Mən Azərbaycanda gedən proseslər barədə danışdım, Azərbaycanda gedən inkişaf, enerji təhlükəsizliyi və Avropa, Dağlıq Qarabağ münaqişəsi məsələlərini gündəmə gətirdim. Bu məsələlərin forumda gündəmə gətirilməsi öz-özlüyündə çox vacib və əhəmiyyətlidir. Azərbaycan və Gürcüstanın tutduğu mövqe və Avroatlantik məkana inteqrasiya siyasətimiz çox yüksək səviyyədə dəstəklənir. Həm Azərbaycan, həm də Gürcüstanın konfliktlərin beynəlxalq qanun çərçivəsində həll olunması istiqamətində fəaliyyəti dəstəklənir və başa düşülür. Bu kontekstdən kənar mövqe isə problemli qarşılanır”. /APA/
Daxili siyasət
Deputat: Qazaxın 4 kəndinin qaytarılmasına dirəniş missiyasını indi də Qriqoryan kilsəsinə tapşırıblar
11:36
7 may 2024
Milli Məclis adından Mehriban Əliyevaya təbrik məktubu göndərilib
11:15
7 may 2024
Spiker: Heydər Əliyev böyük tarixi şəxsiyyətlərimizin dövlətçilik ənənələrini davam və inkişaf etdirib
11:09
7 may 2024
Milli Məclisin iclası başlayıb
11:00
7 may 2024