Bank Of Baku

Beynəlxalq Demokratiya İttifaqının toplantısında AMİP-in İranda yaşayan azərbaycanlılarla bağlı hazırladığı qərar layihəsi qəbul olunub

Beynəlxalq Demokratiya İttifaqının toplantısında AMİP-in İranda yaşayan azərbaycanlılarla bağlı hazırladığı qərar layihəsi qəbul olunub
# 30 aprel 2007 12:17 (UTC +04:00)
AMİP lideri Etibar Məmmədov Xorvatiyadan qayıdıb. E. Məmmədov APA-ya açıqlamasında bildirib ki, Beynəlxalq Demokratiya İttifaqının (BDİ) Dubrovnik şəhərində keçirilən toplantısında iştirak edib. Aprelin 25-dən 27-dək keçirilən konfransa dünyanın 70-dən çox ölkəsindən 86 sağ-mərkəzçi partiyanın nümayəndələrinin qatıldığını söyləyən AMİP liderinin təklifi ilə tədbirdə Güney Azərbaycanla bağlı məsələ də müzakirə edilib və partiyanın hazırladığı qərar layihəsi qəbul olunub. 5 maddədən ibarət olan qərarda ən əhəmiyyətli məsələnin Güneydə yaşayan azərbaycanlıların siyasi və ictimai təşkilatlar yaratmaqla bağlı hüququnun tanınması olduğunu deyən E. Məmmədov, həmçinin, azərbaycanlıların öz tarixini öyrənmək və yazmaq hüququna malik olması, Azərbaycan dilinə rəsmi azlıq dili verilməsi, azərbaycanlıların öz dillərindən şifahi və yazılı formada istifadə etməsi, mədəni irsin, demokratik prinsiplərin qorunması hüququnun verilməsi ilə bağlı tələblərin olduğunu qeyd edib: “Konfransdakı çıxışımda İranda 30 milyon azərbaycanlının yaşadığını qeyd etdim. Toplantı iştirakçıları bu rəqəmi maraqla qarşıladılar və bundan xəbərlərinin olmadığını dedilər. Ona görə də biz güneylə bağlı beynəlxalq aləmdə apardığımız təbliğatı gücləndirməliyik”. E. Məmmədov iclasda İranın nüvə proqramı və bunun beynəlxalq aləmə təhlükəsi ilə bağlı da müzakirə aparıldığını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR