Bank Of Baku

Eldəniz Quliyevin təşəbbüsü baş tutmayıb

Eldəniz Quliyevin təşəbbüsü baş tutmayıb
# 30 aprel 2007 13:11 (UTC +04:00)
Azərbaycan Ziyalı Hərəkatının (AZH) vahid güc mərkəzi yaratmaq ideyası baş tutmayıb. Bu barədə APA-ya AZH-nin sədri Eldəniz Quliyev məlumat verib. Onun sözlərinə görə, Demokratik Mərkəz adlandırılması nəzərdə tutulan ittifaqın yaradılması üçün müraciət edilmiş 40 təşkilatdan yalnız 12-si müsbət cavab verib. E. Quliyev müxalifət partiyalarının bu münasibətindən təəssüfləndiyini deyib: “Özünü ana müxalifət adlandıran partiyalar bizim müraciətə başdansovdu yanaşdılar və bununla da birlik yox, pərakəndəlik tərəfdarı olduqlarını nümayiş etdirdilər. Onlar adətən birgə mübarizə yox, bir-birləri ilə didişmə zamanı fəallıq göstərirlər. Mən təəssüf edirəm ki, Azərbaycanda bu cür müxalifət var. Onlar heç zaman milli mənafeyə xidmət etməyəcəklər”. E. Quliyev müraciətə müsbət cavab vermiş təşkilatlarla güc mərkəzi formaşdırmağın mümkün olmadığını və bu istiqamətdə fəaliyyətini dayandırdığını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR