Bank Of Baku

Rəsul Quliyevin təşəbbüsü ilə keçiriləcək Milli Forum mayın ikinci yarısında baş tutacaq

Rəsul Quliyevin təşəbbüsü ilə keçiriləcək Milli Forum mayın ikinci yarısında baş tutacaq
# 30 aprel 2007 13:32 (UTC +04:00)
Rəsul Quliyevin təşəbbüsü ilə keçiriləcək Milli Forumun vaxtı may ayının ikinci yarısına təyin olunub. Bu barədə APA-ya Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Akif Şahbazov məlumat verib. Onun sözlərinə görə, artıq hazırlıq işləri yekunlaşmaq üzrədir. A. Şahbazov müraciət edilən təşkilatların demək olar ki, hamısının forumda iştiraka razılıq verdiyini bildirib. Onun sözlərinə görə, 9 ictimai təşkilat və 7 siyasi partiya forumda iştiraka qərar verib: “Biz digər təşkilatlarla da danışıqlar aparacağıq və onların tədbirdə iştirakına çalışacağıq. Forumda hazırda ölkənin ictimai-siyasi həyatında baş verən proseslər və 2008-ci il prezident seçkiləri ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulur”. A. Şahbazovun sözlərinə görə, digər təşkilatların foruma marağı bunun sosial sifariş olduğunu göstərir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR