Bank Of Baku

Qarabağ Azadlıq Təşkilatı ATƏT-in Minsk Qrupunun fəaliyyəti ilə bağlı bəyanat yayıb

Qarabağ Azadlıq Təşkilatı ATƏT-in Minsk Qrupunun fəaliyyəti ilə bağlı bəyanat yayıb
# 30 aprel 2007 13:42 (UTC +04:00)
Qarabağ Azadlıq Təşkilatının (QAT) Ağsaqqallar Şurası və QAT Ali Məclisi ATƏT-in Minsk Qrupunun fəaliyyəti və həmsədrlərinin son açıqlamaları ilə bağlı Azərbaycan xalqına müraciət edib. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə həmsədrlərin təklif etdiyi variantlar əsassız və ədalətsiz hesab olunub: “Problemin bu şəkildə həlli ermənilərin əsassız iddialarının yerinə yetirilməsinə, Dağlıq Qarabağın Azərbaycanın nəzarətindən həmişəlik çıxarılmasına xidmət edir. Beynəlxalq təşkilatların, birinci növbədə Minsk Qrupunun fəaliyyəti Azərbaycanın milli maraqlarına qarşı yönəlib. Beynəlxalq təşkilatların hazırkı prinsiplər əsasında vasitəçilik missiyalarının davam etdirilməsi yaxşı heç nə vəd etmir və Azərbaycanı fəlakətə doğru aparır. Yaranmış vəziyyətdə Azərbaycan xalqı öz iradəsini nümayiş etdirməli, sözünü deməli, milli maraqlarımıza zidd xəttin həyata keçirilməsinə, Qarabağın düşmənə təslim edilməsinə yol verməməlidir. İşğal altındakı rayonların hissə-hissə geri qaytarılması, sülhməramlı qüvvələrin Dağlıq Qarabağın ətrafındakı ərazilərə yerləşdirilməsi, Dağlıq Qarabağın statusu ilə bağlı hər hansı referendumun keçirilməsinə dair danışıqlar dərhal dayandırılmalıdır. Ermənistan beynəlxalq təşkilatlar tərəfindən təcavüzkar dövlət kimi tanınmalı, ona qarşı sanksiyalar tətbiq olunmalı və işğalçı qoşunlar qeyd-şərtsiz zəbt olunmuş ərazilərdən çıxmalıdırlar. Əks halda, hər bir azərbaycanlı torpaqlarımızın işğaldan azad olunması üçün müqəddəs müharibəyə hazır olmalıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR