Bank Of Baku

Azərbaycan Yolu Siyasi Hərəkatı Laçının işğalının 15-ci ildönümü ilə əlaqədar aksiya keçirəcək

Azərbaycan Yolu Siyasi Hərəkatı Laçının işğalının 15-ci ildönümü ilə əlaqədar aksiya keçirəcək
# 30 aprel 2007 13:50 (UTC +04:00)
Azərbaycan Yolu Siyasi Hərəkatının Qarabağ Bölgəsi Üzrə Regional Mərkəzinə daxil olan rayon təşkilatlarının bir qrup üzvü Laçının işğalının 15-ci ildönümü ilə əlaqədar Ağcabədidən Bakıdakı Şəhidlər Xiyabanına qədər piyada yürüş edəcək. AYSH-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 17-də Bakıya doğru istiqamət götürəcək yürüş iştirakçıları “Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin!”, “Ermənistan işğalçı dövlət kimi tanınsın”, “Xalqımıza qarşı törədilmiş soyqırıma hüquqi qiymət verilsin!”, “Təslimçi sülhə yox deyirik” və “Qarabağsız Azərbaycan yoxdur!” şüarlarını səsləndirəcək. Yürüş mayın 17-i saat 11.00-da Ağcabədi Şəhidlər Xiyabanın ziyarət edilməsindən sonra başlanılacaq. Aksiyada ilkin olaraq 35 nəfərin iştirakı nəzərdə tutulur. Aksiya iştirakçılarına yürüş boyu keçdikləri rayonlardan AYSH-nin yerli təşkilatlarının fəalları da qoşulacaq. Yürüş mayın 28-də - Respublika günü Bakıdakı Şəhidlər Xiyabanında yekunlaşacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR