Bank Of Baku

Akkan Süvər: “”Bir millət, iki dövlət” anlayışından ”˜Bir millət, yeddi dövlət” anlayışına keçməliyik”

Akkan Süvər: “”Bir millət, iki dövlət” anlayışından ”˜Bir millət, yeddi dövlət” anlayışına keçməliyik”
# 30 aprel 2007 13:57 (UTC +04:00)
“Mərhum Heydər Əliyevin ən böyük əsərlərindən olan Bakı-Ceyhan neft kəməri bizim ilk 9 zirvə toplantımızın əsas mövzusu olub. Bu dəfə isə Samsun-Ceyhan neft boru xəttini ətraflı şəkildə müzakirə edəcəyik. Alternativ kəmərlər məsələsi gündəmimizdə olacaq. Toplantımızın son günündə qloballaşan dünyada diasporaların rolundan danışacağıq. Azərbaycan dövlətinin xüsusilə son 2 ildə bu sahədəki fəaliyyəti diqqəti cəlb edir. Axırıncı iclasımızı İraqa həsr edəcəyik. Toplantımıza 30 ölkədən 81 nümayəndə dəvət etmişik, onların 21-i nazirdir”. Bu sözləri 2-4 may tarixlərində İstanbulda keçiriləcək Avrasiya İqtisadiyyat Zirvəsi ilə bağlı APA-nın Türkiyə bürosuna açıqlama verən Türkiyənin Mərmərə Qrupunun sədri Akkan Süvər deyib. Azərbaycanın inkişafının göz önündə olduğunu bildirən A. Süvər ölkənin gələcəyin Dubayı olmaq yolunda irəlilədiyini söyləyib: “Bizim Azərbaycanla münasibətlərimiz Qırğızıstan, Özbəkistan, Qazaxıstan və Türkmənistana örnək olmalıdır. Biz “Bir millət, iki dövlət” anlayışından ”˜Bir millət, yeddi dövlət” anlayışına keçməliyik. Azərbaycanda 11 yaşlı bir uşaq Türkiyə ilə Azərbaycandan “”˜biz” deyə bəhs edirdi. Bunu hamımız bacarmalıyıq”. Mono-dövlət olan Ermənistanın bölgədə cərəyan edən iqtisadi proseslərdən kənarda qalmasından təəssüfləndiyini deyən A. Süvər Ermənistanın sadəcə ermənilərin yaşadığı bir ölkə olduğunu vurğulayıb: “Bu, ermənilərin sərbəst bazar iqtisadiyyatını rədd etməsinin nəticəsidir. Ermənistan özünü heç Afrikada olmayan bir zavallılığa məhkum edib”. 10-cu zirvə toplantısına verdiyi dəstəyə görə Azərbaycan hökumətinə təşəkkür edən A. Süvər müğənni Azərinin toplantının ilk axşamında konsert verəcəyini də əlavə edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR