Bank Of Baku

Yeni Azərbaycan Partiyası Heydər Əliyevin doğum günü ilə bağlı silsilə tədbirlər keçirəcək

Yeni Azərbaycan Partiyası Heydər Əliyevin doğum günü ilə bağlı silsilə tədbirlər keçirəcək
# 30 aprel 2007 14:18 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) Heydər Əliyevin doğum günü ilə bağlı silsilə tədbirlər həyata keçirəcək. Bu barədə APA-ya partiyanın icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı məlumat verib. Onun sözlərinə görə, 10 may ərəfəsində YAP-ın rayon təşkilatlarında bayram tədbirlərinin keçirilməsi nəzərdə tutulub. Bundan əlavə partiyanın mərkəzi qərargahının təşkilatçılığı ilə mayın 7-də “Heydər Əliyev Azərbaycanın inkişafının yeni mərhələsində” kitabının təqdimat mərasimi keçiriləcək. Kitabda H. Əliyevə həsr olunmuş elmi məqalələr toplanıb. M. Qurbanlı 10 May günündə də bayram tədbirlərinin nəzərdə tutulduğunu qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR