Bank Of Baku

Mübariz Qurbanlı: “Yeni Azərbaycan Partiyası Beynəlxalq Demokrat İttifaqına üzvlüklə bağlı bu quruma müraciət etməyib”

Mübariz Qurbanlı: “Yeni Azərbaycan Partiyası Beynəlxalq Demokrat İttifaqına üzvlüklə bağlı bu quruma müraciət etməyib”
# 30 aprel 2007 14:22 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq Demokratiya İttifaqına (BDİ) üzvlüklə bağlı müraciətinə qurumun Xorvatiyada keçirilən toplantısında baxılıb və müraciətin əsaslı olmadığı bildirilib. Bu barədə APA-ya BDİ sədrinin müavini, AMİP lideri Etibar Məmmədov məlumat verib. Partiya liderinin sözlərinə görə, BDİ rəhbərliyi YAP-ın fəaliyyət prinsiplərinin onlara bəlli olmadığını, hakim partiya kimi Avropa dəyərlərinə uyğun fəaliyyət göstərmədiyini və partiyanın təqdimatçısının olmadığını əsas gətirərək üzvlüyə qəbuldan imtina ediblər: “BDİ-nin prinsiplərinə görə, əgər bir ölkədən bu quruma üzv partiya varsa, ikinci partiya üzv olmaq istəyirsə, o zaman birinci qəbul olunmuş partiyaya müraciət edilməlidir. YAP bundan əvvəl də BDİ-yə üzvlük üçün müraciət etmişdi, amma o zaman da bildirdilər ki, bununla bağlı birinci olaraq AMİP-ə müraciət edilməlidir. YAP bizim razılığımız olmadan müraciət etdiyi üçün BDİ rəhbərliyi onların müraciətinə baxmağa əsasın olmadığını bildirdi”. YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı isə bu məlumatın həqiqətəuyğun olmadığını bildirib. Onun sözlərinə görə, YAP BDİ-yə üzvlüklə bağlı bu quruma heç bir müraciət etməyib: “Sadəcə, bu quruma daxil olmağın qaydaları ilə öyrənmək üçün BDİ-nin elektron poçtuna məktub göndərilib. Məktubda yalnız şərtlərlə tanış olmaq istədiyimiz bildirilib. Əgər biz həmin quruma rəsmi müraciət etsəydik, o zaman müraciətimizə baxılan zaman bizi də həmin toplantıya dəvət edərdilər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR