Bank Of Baku

ADP-nin qurultayı mayın 27-də keçiriləcək

ADP-nin qurultayı mayın 27-də keçiriləcək
# 30 aprel 2007 14:36 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyası (ADP) növbəti qurultayını mayın 27-də keçirməyə qərar verib. Bu barədə APA-ya partiyanın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədr müavini Həsrət Rüstəmov məlumat verib. Onun sözlərinə görə, bu barədə Təşkilat Komitəsinin bu gün keçirilən iclasında qərar qəbul olunub. Qurultayın keçiriləcəyi yerlə bağlı hələlik qəti qərar olmasa da, toplantının Rəşid Behbudov adına Mahnı Teatrı, yaxud Şəhriyar Mədəniyyət Sarayında keçirilməsi nəzərdə tutulub. Bununla bağlı yaxın günlərdə Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunacaq. TK-nın iclasında həmçinin ölkədəki ictimai-siyasi vəziyyət, mətbuatın qarşılaşdığı problemlər, ABŞ Dövlət Departamentinin illik hesabatı ətrafında gedən proseslərlə bağlı müzakirə aparılıb. TK 28 aprel 1920-ci il Azərbaycan Demokratik Cümhuriyyətinin bolşevik hakimiyyəti tərəfindən devrilməsi ilə bağlı bəyanat qəbul edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR