Bank Of Baku

Elmar Məmmədyarov İSESKO-nun 25 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcək

Elmar  Məmmədyarov İSESKO-nun 25 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcək
# 30 aprel 2007 14:43 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov mayın 3-də Mərakeşə rəsmi səfərə gedəcək. XİN mətbuat katibi Xəzər İbrahimin APA-ya verdiyi məlumata görə, nazir Rabatda həmkarı Məhəmməd Benaissa, Parlamentin Yuxarı Palatasının sədri Mustafa Ukaça, enerji və təbii resurslar naziri Məhəmməd Butalib, baş nazir İdris Jetun ilə danışıqlar aparacaq. Elmar Məmmədyarov İSESKO-nun 25 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcək. Nazirin proqramına Mərakeşin böyük şəhərləri Kasablanka və Fetsin tarixi-mədəni yerləri ilə tanışlıq da var. Nazir həmçinin İslam Ticarətin İnkişafı Mərkəzi ilə də tanış olacaq. E. Məmmədyarov Mərakeşdən Misirə gedəcək, bu ölkəyə rəsmi səfər edən prezident İlham Əliyevi müşayiət edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR