Bank Of Baku

İranla Naxçıvan arasında gediş-gəliş proseduru sadələşdirilib

İranla Naxçıvan arasında gediş-gəliş proseduru sadələşdirilib
# 30 aprel 2007 15:16 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsindən APA-ya verilən məlumata görə, artıq ilkin sənədləşmələr aparılır. Bununla bağlı yaxın günlərdə rəsmi səviyyədə görüş təşkil olunacaq və bundan sonra vizasız reyimin tətbiqinə başlanacaq. İranın Naxçıvandakı Baş Konsulluğundan hər hansı görüşün keçiriləcəyini nə təsdiq nə də təkzib etdilər. Konsulluqdan bildiriblər ki, hal-hazırda gediş-gəliş üçün viza tələb olunsa da, prosedura sadələşdirilib və şənbə günündən etibarən proses Naxçıvan vətəndaşları üçün rüsum ödəmədən həyata keçirilir. Qeyd edək ki, bundan öncə Naxçıvan sakinləri üç ayda bir dəfə İrana heç bir rüsum ödəmədən sərbəst şəkildə gedib-gələ bilirdilər. Bu müddət tamam olmamış sərhədi keçən vətəndaşlar isə viza almaq üçün 35 avro rüsum ödəyirdi. Naxçıvan Muxtar Respublikasının Bakıdakı nümayəndəliyindən APA-ya bildirilib ki, artıq Naxçıvan sakinləri bir vizadan 12 dəfə sərhədi keçmək hüququna malikdir və bu hüquqdan istifadə edirlər. Onlar qarşı tərəfə keçəndən sonra 20 gün müddətində İran ərazisində qala bilərlər. Məlumata görə, bu qaydalar dövlətlər arasında ötən il imzalanan memorandumda nəzərdə tutulsa da, razılaşma bu günlərdə ratifikasiya edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR