Bank Of Baku

Krımdakı azərbaycanlılar İkinci Dünya Müharibəsi zamanı bu respublikanın ərazisində həlak olmuş azərbaycanlıların məzarlarını ziyarət edirlər

Krımdakı azərbaycanlılar İkinci Dünya Müharibəsi zamanı bu respublikanın ərazisində həlak olmuş azərbaycanlıların məzarlarını ziyarət edirlər
# 01 may 2007 09:18 (UTC +04:00)
Ukraynanın Krım Muxtar Respublikasında yaşayan azərbaycanlılar İkinci Dünya Müharibəsi zamanı bu respublikanın ərazisində faşistlərlə döyüşlərdə həlak olmuş azərbaycanlıların məzarlarını ziyarət edirlər. Ukrayna Milli Jurnalistlər İttifaqının üzvü Rəhim Hümbətovun APA-ya verdiyi məlumata görə, onlar Kerç yaxınlığında yerləşən Qlazovka kəndində azərbaycanlıların kütləvi dəfn olduğu yeri ziyarət ediblər. Burada Krımın azad olunması uğrunda canlarını qurban vermiş azərbaycanlıların xatirəsinə abidə ucaltmaq planlaşdırılır. Azərbaycan icması həmçinin Yalta meriyasından bu şəhəri faşistlərdən azad etmiş 323-cü alayın komandiri C. Nəcəfovun xatirəsinə memorial lövhənin açılmasını xahiş edib. Mayın 9-da icma Sevastopol yaxınlığındakı Sapun dağında müharibədə həlak olmuş azərbaycanlıların şərəfinə ucaldılmış abidənin qarşısında ənənəvi mitinq keçirəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR