Bank Of Baku

1 May münasibətilə aksiya keçirilib

1 May münasibətilə aksiya keçirilib
# 01 may 2007 15:53 (UTC +04:00)
APA-nın məlumatına görə, Nobel prospektivdə yerləşən “Azad fəhlə” heykəlinin önündə keçirilən piketdə Fəhlə İttifaqı, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsi, Azərbaycan Uğrunda Sosial Forum İctimai Birliyinin üzvləri də iştirak edib. Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiya keçmiş SSRİ-nin himni ilə başlayıb. Piketdə Kommunist Partiyasının üzvü Telman Nurullayev, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı, yazıçı Həmid Herisçi və digərləri çıxış ediblər. Onlar Azərbaycanda fəhlə gününün olmamasını bu təbəqənin hüquqlarının pozulması kimi qiymətləndiriblər. Sonda piketin qətnaməsi oxunub. Qətnamədə Nobel prospektinə yenidən Fəhlə prospekti adının qaytarılması, iş gününə 8 saatlıq hədd qoyulması, 1 mayın Zəhmətkeşlərin Həmrəylik Günü kimi bərpa olunması, əmanətlərin qaytarılması və digər tələblər əksini tapıb. Təxminən 30 dəqiqə davam edən aksiya insidentsiz başa çatıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR