Bank Of Baku

Mayın 3-4-də Bakıda MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının komissiyası və işçi qrupunun iclasları keçiriləcək

Mayın 3-4-də Bakıda MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının komissiyası və işçi qrupunun iclasları keçiriləcək
# 01 may 2007 10:46 (UTC +04:00)
Mayın 3-4-də Bakıda MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının standartlaşdırma üzrə elmi-texniki komissiyasının XXXIII, informasiya texnologiyaları üzrə işçi qrupunun isə XVI iclası keçiriləcək. Bu barədə “APA-Economics”ə Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib.
Standartlaşdırma üzrə elmi-texniki komissiyanın iclasının gündəliyinə 21 məsələ, informasiya texnologiyaları üzrə işçi qrupunun müzakirəsinə isə 8 məsələ daxil edilib.
İclaslarda standartlaşdırma üzrə Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Moldova, Rusiya və Ukrayna milli orqanlarının bu daimi işçi qruplarında təmsil olunan nümayəndələri iştirak edəcəklər. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR