Bank Of Baku

ABŞ Dövlət Departamenti: “Azərbaycan terrorizmə qarşı mübarizə sahəsində ABŞ-la uğurlu əməkdaşlıq edir”

ABŞ Dövlət Departamenti: “Azərbaycan terrorizmə qarşı mübarizə sahəsində ABŞ-la uğurlu əməkdaşlıq edir”
# 01 may 2007 10:53 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, illik hesabatda terror aktlarının baş verdiyi ölkələr, terrorizmə dövlət səviyyəsində sponsorluq edən dövlətlər, həmçinin terrorizmə qarşı qlobal müharibəni dəstəkləyən ölkələr barədə məlumatlar öz əksini tapıb. Hesabat həmçinin terror qruplaşmaları, Xarici Terror Təşkilatının (XTT) siyahısında olan bütün terror təşkilatları haqqında məlumatları ehtiva edir. Hesabatın terrorizmin dövlət sponsorları hissəsində göstərilir ki, belə ölkələr qeyri-dövlət terrorist təşkilatlarını rəsmi şəkildə dəstəkləyir. Hesabatda qeyd olunur ki, Liviya və Sudan terrorizm əleyhinə müharibədə əhəmiyyətli addımlar atmaqda davam edir. Lakin Kuba, İran və Suriya hələ də xarici terror təşkilatlarına qarşı heç bir addım atmayıblar. Hesabatın Azərbaycanla bağlı hissəsində bu ölkənin terrorizmə qarşı mübarizə sahəsində ABŞ-la əməkdaşlıq etdiyi vurğulanıb: “Azərbaycanla ABŞ terrorizmlə mübarizə sahəsində əməkdaşlıq çərçivəsində məlumat mübadiləsi aparır, hüquq mühafizə orqanları səviyyəsində əməkdaşlıq edir. Azərbaycan 2003-cü ilin avqust ayından İraqda təxminən 150 əsgərlə sülhməramlı əməliyyatları dəstəkləyir. Azərbaycan əsgərlərindən ibarət taqım Türkiyə kontingenti ilə bərabər 2002-ci ilin noyabr ayından Əfqanıstanda fəaliyyət göstərir. Prezident Əliyevin bildirdiyinə görə, buradakı əsgərlərin sayının iki dəfə artırılaraq 44-ə çatdırılması planlaşdırılır”. Azərbaycanın terrorizmlə mübarizə sahəsində cəhdlərinə həmçinin yerli banklara terrorizmdə şübhəli bilinən təşkilatların və ayrı-ayrı fərdlərin siyahısını verməklə terrorizmin maliyyə mənbələrinin araşdırılmasını təmin etməsi də göstərilir. Bundan başqa hesabatda Azərbaycanın Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsində qeyri-qanuni silah satışı, oğurluğu, sərhəd pozuculuğu və saxta sənədlər hazırlanmaqda təqsirli bilinən 6 nəfərlə bağlı həbs hökmü çıxarıldığı vurğulanıb. “Azərbaycanda “Al-Qaida” terror təşkilatının Qafqaz qruplaşmasının 16 üzvü həbs edilib. Həmçinin terrorizmdə şübhəli bilinən, 2002-ci ildə Dağıstanda parlayış həyata keçirməkdə təqsirləndirilən cinayətkar tutularaq Rusiyaya ekstradisiya olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR