Bank Of Baku

Brüsseldə dünya azərbaycanlılarının sammitinin keçirilməsi planlaşdırılır

Brüsseldə dünya azərbaycanlılarının sammitinin keçirilməsi planlaşdırılır
# 01 may 2007 11:06 (UTC +04:00)
İyulun 6-dan 8-dək Brüsseldə Dünya Azərbaycanlılarının Sammiti keçiriləcək. Bu barədə APA-ya sammitin koordinatoru Siyavuş Yusifli məlumat verib. Onun sözlərinə görə, toplantıda dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların ABŞ, Avropa, Kanada, Türkiyə və Rusiyadakı diaspora təşkilatlarının nümayəndələrinin iştirakı nəzərdə tutulub. S. Yusifli bu toplantının baş tutması üçün Güney Azərbaycan Milli Şurası, Güney Azərbaycan Konqresi, Dünya Azərbaycanlıları Konqresi və Demokratik Dünya Azərbaycanlıları Konqresi ilə danışıqlar apardığını və sözügedən təşkilatların sammitin təşkilatçılığı üçün bir nümayəndə ayırdığını qeyd edib: “Toplantının təyin olunduğu gün həm də güneydə Babək qalasına yürüş günüdür. Ona görə də bu sammit həmin yürüşə dəstək xarakteri daşıyır. Yığıncağın sonunda mitinq keçirməyi də nəzərdə tutmuşuq. Bütün dünya azərbaycanlılarının hədəfi Qarabağın azad olunması və İrandakı azərbaycanlıların hüquqlarının bərpa olunmasıdır. Bu toplantı ilə güneylə bağlı olan bütün təşkilatları bir araya gətirmək fikrindəyik. Problemləri bir təşkilatın tam şəkildə həll etməsi mümkün deyil. Biz bütün təşkilatları birgə fəaliyyət göstərməyə çağırırıq”. S. Yusifli sammitin keçirilməsi ilə bağlı təşəbbüs qrupunun yaradıldığını və ayrı-ayrı təşkilatların nümayəndələrinin bu qurumda təmsil olunduğunu qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR