Bank Of Baku

Sərdar Cəlaloğlu: “Qurultayda partiya sədrliyinə başqa namizədlər olmasa, seçkilərdə alternativsiz əsaslarla iştirak edəcəyəm”

Sərdar Cəlaloğlu: “Qurultayda partiya sədrliyinə başqa namizədlər olmasa, seçkilərdə alternativsiz əsaslarla iştirak edəcəyəm”
# 01 may 2007 12:36 (UTC +04:00)
“Qurultayda partiya sədrliyinə başqa namizədlər olmasa, seçkilərdə alternativsiz əsaslarla iştirak edəcəyəm”. Bu açıqlamanı APA-ya ADP-nin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sərdar Cəlaloğlu verib. Onun sözlərinə görə, sədrliyə süni alternativlər yaratmaq fikri yoxdur: “Biz partiyadakı bütün insanlara müraciət etmişik ki, namizədlər irəli sürsünlər. Amma hamı eyni həvəslə bu məsuliyyəti öz üzərinə götürmək istəmir. Heç kimə də zorla deyə bilmərik ki, namizədliyini irəli sürsün. Buna baxmayaraq, biz mütləq alternativli seçkilərin keçirilməsini istəyirik və bu, gözəl nümunə olardı. Amma alternativ olmasa da, yəqin seçkidə iştirak edəcəyəm”. S. Cəlaloğlu Həsrət Rüstəmov, Taliyət Əliyev və Qurban Məmmədovun partiya sədrliyinə namizəd olmasına tərəfdar olduğunu da qeyd edib. Bundan sonra ADP-nin daxilində ciddi qarşıdurmaların baş verəcəyinə inanmayan S. Cəlaloğlu yaxın gələcəkdə ciddi ideoloji fikir ayrılığı gözləmədiyini deyib: “Amma ola bilər ki, hansısa qruplar meydana gəlsin. 1995-ci ildə də başqa partiyaların təşviqi ilə ADP-də bir neçə adam qarşıdurma yaratmaq istyirdi. Amma indi siyasi təcrübə kifayət qədər artıb, müəyyən aydınlıqlar var, çalışacağıq ki, qarşıdurma olmasın. Amma ev də söz-söhbətsiz olmur. Ola bilər ki, nə vaxtsa kimsə nədənsə incisin”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR