Bank Of Baku

14 siyasi partiya və 20 QHT Açıq Cəmiyyət Partiyasının keçirəcəyi Milli Forumda iştiraka razılıq verib

14 siyasi partiya və 20 QHT Açıq Cəmiyyət Partiyasının keçirəcəyi Milli Forumda iştiraka razılıq verib
# 01 may 2007 14:14 (UTC +04:00)
Açıq Cəmiyyət Partiyasının (ACP) təşəbbüsü ilə mayın ikinci yarısında keçiriləcək Milli Forumda iştiraka 14 siyasi partiya və 20 QHT razılıq verib. Bu barədə APA-ya partiyanın İdarə Heyətinin üzvü Yaqub Abbasov məlumat verib. Onun sözlərinə görə, artıq foruma hazırlıq işləri yekunlaşıb və yaxın günlərdə toplantıda iştirak edəcək qurumlarla birgə gündəlik müəyyənləşəcək. Forumda ictimai-siyasi vəziyyət, mətbuata olan təzyiqlər, seçki qanunvericiliyi və 2008-ci il prezident seçkiləri ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR