Bank Of Baku

Erməni əsirliyində olan əsgərin valideynləri milli təhlükəsizlik naziri ilə görüşüblər

Erməni əsirliyində olan əsgərin valideynləri milli təhlükəsizlik naziri ilə görüşüblər
# 01 may 2007 14:15 (UTC +04:00)
Azərbaycan Ordusunun Ermənistan Silah Qüvvələri tərəfindən əsir götürülmüş əsgəri Samir Məmmədovun valideynləri bu gün milli təhlükəsizlik naziri, Əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Eldar Mahmudovla görüşüblər. Bu barədə APA-ya əsir əsgərin əmisi Vidadi Məmmədov bildirib: “Biz Eldar müəllimlə görüşdə bildirdik ki, Samirin Azərbaycana qayıtmaqdan imtina etməsi, üçüncü ölkə seçməsi barədə verilən məlumatlara inanmırıq. Ona görə də onun geri qaytarılması üçün dövlət səviyyəsində tədbirlərin görülməsini xahiş edirik. Nazir Samirin geri qaytarılması üçün danışıqların davam etdiriləcəyini bildirdi. O bizə ümid verdi”.
Qeyd edək ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi aprelin 28-də Əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına rəsmi məktubla müraciət edərək, S. Məmmədovun Azərbaycana qayıtmaqdan, valideynləri ilə məktublaşmaqdan imtina etdiyini, üçüncü ölkə seçdiyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR