Bank Of Baku

Sülhəddin Əkbər: “İnsanlar demokratik yolla hər hansı nəticəyə nail olunacağına inanmadığı üçün mitinqlərə qatılmır”

Sülhəddin Əkbər: “İnsanlar demokratik yolla hər hansı nəticəyə nail olunacağına inanmadığı üçün mitinqlərə qatılmır”
# 01 may 2007 14:19 (UTC +04:00)
“Müsavat Partiyasının keçirdiyi mitinqlərdə iştirakçıların sayının azlığı cəmiyyətdə gedən proseslərlə bağlıdır”. Bunu APA-ya açıqlamasında Müsavat Məclisinin sədri Sülhəddin Əkbər deyib. Cəmiyyətdəki proseslərin müxalifət partiyalarına da təsir etdiyini bildirən S. Əkbər hesab edir ki, iştirakçıların azlığının aksiyanın şəhərin mərkəzindən kənarda keçirilməsi ilə heç bir əlaqəsi yoxdur. Onun fikrincə, əhalinin mitinqlərə qatılmamasının başlıca səbəbi qorxu hissidir: “Kimsə həbs olunmaqdan, iş yerini itirməkdən və başqa təzyiqdən qorxur. Digər tərəfdən, cəmiyyətdə demokratiyaya inam sarsıldığı üçün insanlar mitinqlərə maraq göstərmirlər. Yəni əhali artıq demokratik yolla hər hansı nəticəyə nail olunacağına inanmır”. Müsavatın mitinqlərinin sosial tələblərlə keçirildiyini vurğulayan S. Əkbərin sözlərinə görə, əlində bu, ölkədəki bütün vətəndaşları maraqlandıran və narahat edn məsələdir: “Amma buna baxmayaraq, insanlar mitinqlərə lazımı maraq göstərmirlər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR