Bank Of Baku

Qulamhüseyn Əlibəyli: “Müsavat bu cür mitinqlər keçirməklə aksiyaları gözdən salır”

Qulamhüseyn Əlibəyli: “Müsavat bu cür mitinqlər keçirməklə aksiyaları gözdən salır”
# 01 may 2007 14:55 (UTC +04:00)
“Müsavat Partiyası hazırkı mitinq taktikasından imtina etməsə, bu partiya üçün uğursuzluq davam edəcək. Müsavat rəhbərliyi bu barədə düşünməlidir”. Bu fikirləri APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli deyib. Müsavatın bu cür mitinqlər keçirməklə kütləvi aksiyaları gözdən saldığını bildirən Q. Əlibəyli hesab edir ki, partiya şəhərin kənarında aksiya keçirməyi dayandırmalıdır. O, həmçinin yürüş-mitinqlərlə bağlı Müsavatın təşkilatçılıq işini zəif apardığını qeyd edib: “Onların mitinqlərlə bağlı siyasəti yalnız hakimiyyəti pis vəziyyətdən qurtarmağa xidmət edir. Hətta mitinqdə “Azadlıq” blokuna qarşı da əsasız ittihamlar irəli sürüblər. Mənə elə gəlir ki, artıq onlar özləri də bilmir ki, nə edirlər. Müsavat rəhbərliyi bilməlidir ki, bu cür mənasız, lüzumsuz aksiyaları dayandırmaq və aksiyaları şəhərin mərkəzinə təyin etmək lazımdır”. Müsavat başqanının müavini Mehman Cavadoğlu isə bu ittihamlarla razılaşmadığını və mitinq iştirakçılarının sayının azlığını aksiyanın şəhərin kənarında keçirilməsi ilə bağlı olmadığını deyib. Onun sözlərinə görə, iştirakçıların azlığı yalnız əhalidə olan qorxu hissi ilə bağlıdır: “Ona görə mitinqlər şəhərin mərkəzinə təyin olunsa da, eyni sayda iştirakçı gələcək”. M. Cavadoğlu həmkarlarının fikirlərinə baxmayaraq, Ukrayna meydanında mitinqlərin davam edəcəyini bildirib. O həmçinin, mitinqdə “Azadlıq” blokunun əleyhinə ittihamların səslənməsi fikrini də təkzib edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR