Bank Of Baku

Siyavuş Novruzov: “2008-ci ilin prezident seçkilərində İlham Əliyev seçicilərin 90%-dən çoxunun səsini qazanacaq”

Siyavuş Novruzov: “2008-ci ilin prezident seçkilərində İlham Əliyev seçicilərin 90%-dən çoxunun səsini qazanacaq”
# 01 may 2007 15:18 (UTC +04:00)
“2008-ci ilin prezident seçkiləri ilə bağlı aparacağımız kampaniyanın taktiki və strateji tərəflərini hazırlayırıq. Hazırda ABŞ-ın Milli Demokratiya və Respublikaçılar İnstitutu bizimlə əməkdaşlıq edərək kadrların hazırlanmasına köməklik edir. Regionlarda və mərkəzdə fəaliyyət göstərəcək mütəxəssislərimizə kurslar keçirilir. Artıq seçki planı hazırlanıb. Namizədimiz birmənalı olaraq partiyamızın sədri İlham Əliyevdir”. APA-nın məlumatına görə, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. O, partiyanın növbəti qurultayının seçkiöncəsi keçiriləcəyini söyləyib. S. Novruzov əminliklə bəyan edib ki, 2008-ci il prezident seçkilərində iştirak edəcək İlham Əliyev seçicilərin 90%-dən çoxunun səsini qazanacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR