Bank Of Baku

“Azadlıq” bloku amnistiya aktının siyasi məhbus sayılan şəxslərə də şamil olunmasını təklif edir

“Azadlıq” bloku amnistiya aktının siyasi məhbus sayılan şəxslərə də şamil olunmasını təklif edir
# 01 may 2007 16:20 (UTC +04:00)
“Azadlıq” bloku mayın 10-da qəbul olunması gözlənilən amnistiya aktının Avropa Şurasının və hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı şəxslərə də şamil olunmasını təklif edir. Bu barədə APA-ya blokun mətbuat xidmətindən məlumat verilib. Blokun İnsan Haqları Komissiyasının üzvü, vəkil Elçin Qəmbərov bildirib ki, Avropa Şurası Parlament Assambleyasının son sessiyasında siyasi məhbuslarla bağlı xüsusi məruzəçi təyin edilməməsinə baxmayaraq, bu məsələ öz aktuallığını saxlayır. Onun fikrincə, siyasi məhbuslara amnistiya tətbiq etməklə hakimiyyət özünə qarşı yönələn təzyiqlərin müəyyən qismini aradan qaldıra bilər: “Əgər bu akt siyasi dustaqlara şamil olunmasa, hakimiyyətə yönələn təzyiqlər davam edəcək və nəticədə AŞ PA-nın növbəti sessiyasında siyasi məhbuslarla bağlı xüsusi məruzəçi təyin olunacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR