Bank Of Baku

Azərbaycan Milli Məclisinin üzvü Avrasiya İqtisadi Sammitinin İstanbulda keçiriləcək 10-cu iclasında iştirak edəcək

Azərbaycan Milli Məclisinin üzvü Avrasiya İqtisadi Sammitinin İstanbulda keçiriləcək 10-cu iclasında iştirak edəcək
# 02 may 2007 08:24 (UTC +04:00)
Bu gün Milli Məclisin deputatı Asəf Hacıyev Strateji və Sosial Araşdırmalar Mərkəzinin “Mərmərə” qrupu tərəfindən təşkil olunan Avrasiya İqtisadi Sammitinin 10-cu iclasında iştirak etmək üçün İstanbula yola düşüb. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, mayın 2-5-də keçiriləcək sammitdə beynəlxalq təşkilatların nümayəndələri, görkəmli siyasətçilər, elm və iş adamları iştirak edəcək. Tədbirdə “Enerji geosiyasəti və qlobal iştirakçılar” mövzusu ətrafında geniş fikir mübadiləsi aparılacaq, region ölkələri arasında iqtisadi, mədəni, turizm sahələrində qarşılıqlı münasibətlər müzakirə olunacaq. A. Hacıyev mayın 7-8-də Berlində keçiriləcək Cənub-Şərqi Avropa Assosiasiyasının və Almaniya Federal Xarici İşlər İdarəsinin birgə təşkil etdikləri beynəlxalq konfransda da iştirak edəcək. Konfransda “Avropa İttifaqı və Qara dəniz regional əməkdaşlığı” mövzusunda müzakirələr aparılacaq. Tədbirin gündəliyinə vətəndaş cəmiyyəti rolunun artırılması, gənclər siyasəti, mütəşəkkil cinayətkarlıqla mübarizə, miqrasiya, ətraf mühit və s. məsələlər daxil edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR