Bank Of Baku

Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfəri başlayıb

Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfəri başlayıb
# 02 may 2007 08:24 (UTC +04:00)
Belarus nümayəndə heyətinə ölkənin aparıcı müəssisələrinin, nazirlik və baş idarələrinin rəhbərləri daxildir. Səfər zamanı Azərbaycanla Belarus arasında 10-dək sazişin imzalanacağı gözlənilir. İmzalanacaq sənədlər arasında “Azərbaycanla Belarus arasında dostluq və əməkdaşlıq haqqında”, “Azərbaycanla Belarus arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında”, “Azərbaycan Belarus arasında fitosanitariya nəzarəti sahəsində əməkdaşlıq haqqında”, “Azərbaycanla Belarus arasında karantin və bitkilərin mühafizəsi haqqında”, “Azərbaycan və Belarus hökumətləri arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında”, “Azərbaycanla Belarus arasında müvəqqəti olaraq Belarusda yaşayan Azərbaycan vətəndaşlarının və müvəqqəti olaraq Azərbaycanda yaşayan Belarus vətəndaşlarının əmək fəaliyyəti və sosial müdafiəsi haqqında”, “Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə Belarus Əmlak Komitəsi arasında dövlət mülkiyyətinin idarə edilməsi və özəlləşdirmə sahəsində əməkdaşlıq”, “Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Belarus Standartlaşdırma üzrə Dövlət Komitəsi arasında standartlaşma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahəsində əməkdaşlıq haqqında” və digər saziş və müqavilələr daxildir. Aleksandr Lukaşenkonun səfər proqramına bu gün Bakıda açılmış Belarus Milli Sərgisi ilə tanış olmaq da daxildir. Qeyd edək ki, indiyədək Azərbaycanla Belarus arasında 26 sənəd imzalanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR