Bank Of Baku

Ayaz Mütəllibov: “2008-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək mənim üçün məqsəd deyil”

Ayaz Mütəllibov: “2008-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək mənim üçün məqsəd deyil”
# 02 may 2007 09:05 (UTC +04:00)
Bu sözləri APA-ya eksküliziv açıqlamasında Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) həmsədri, hazırda Moskvada yaşayan Ayaz Mütəllibov deyib. Azərbaycandakı ictimai-siyasi vəziyyəti dəyərləndirən A. Mütəllibov hazırkı şəraitdə müxalifətin hərəkətlərinin effektivliyinin mümkünsüz olduğunu söyləyib və bunun səbəblərinə toxunub: “Müxalifət düşərgəsində yalnız hər hansı hadisə baş verən zaman canlanma yaranır. Bu, çox vacib məqamdır. Belə vəziyyətin nə qədər davam edəcəyi müxalifətdə olanları maraqlandırmalıdır. Əminəm ki, yalnız hakimiyyətə müxalifət arasında sağlam rəqabət bizi gələcək çətinliklərdən qoruyacaq, demokratik ölkə imicini qazanmağa imkan verəcək”. A. Mütəllibov bu günlərdə təsis edilən Yeni Zaman Partiyasının onunla heç bir bağlılığı olmadığını da söyləyib: “Yeni Zaman Partiyasının yaranması ilə bağlı informasiyanı mətbuatdan oxumuşam və bu partiyanın yaradılmasında mənim heç bir rolum olmayıb”. Azərbaycana qayıtmaq fikrindən daşınmadığını vurğulayan A. Mütəllibov bu məsələdə prezident İlham Əliyevin fikrinin önəmli olduğunu bildirib: “Azərbaycana qayıtmağım prezidentdən asılıdır. Nəzərə alınmalıdır ki, mən ölkəni könüllü deyil, 1992-ci il mayın 15-də hakimiyyətin Azərbaycan Xalq Cəbhəsi tərəfindən silahla ələ keçirilməsi nəticəsində tərk etmişəm. Bunu dəfələrlə İlham Əliyevin özü də deyib. Beynəlxalq ictimaiyyətin də bu barədə məlumatı var. Ancaq qeyd etmək istəyirəm ki, bunun 1993-cü ildə bərqərar olunan hakimiyyətə heç bir aidiyyəti yoxdur. Odur ki, bu məsələnin, nəhayət, qaydaya qoyulması tam məntiqə uyğun olardı”. A. Mütəllibov indiyə qədər Azərbaycan vətəndaşlığını təsdiq edən ümumvətəndaşlıq pasportunu ala bilmədiyini də qeyd edib. O, bu problemin yaxın vaxtlarda həll olunacağına ümid etdiyini vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR