Bank Of Baku

GAMOH-dan istefa verənlər bəyanatla çıxış ediblər

GAMOH-dan istefa verənlər bəyanatla çıxış ediblər
# 02 may 2007 09:21 (UTC +04:00)
Bir həftə öncə Güney Azərbaycan Milli Oyanış Hərəkatından (GAMOH) istefa verənlər bəyanatla çıxış ediblər. GAMOH-un Amerika-Kanada Təşkilatının keçmiş sədri Hüseyn Türkellinin APA-ya verdiyi məlumata görə, bəyanatda təşkilat daxilində baş verən qarşıdurmanın səbəbləri açıqlanıb, bundan sonra siyasi çəkişmələrə son qoyulması istənilib: “GAMOH-dan istefa verəndə qurumun sədri Mahmudəli Çöhrəqanlının fəaliyyəti haqda ictimaiyyətə açıqlama verməli idik. Açıqlanası sözlər və fikirlər çox olsa da, düşmənlərimizin bundan sui-istifadə edə biləcəyini nəzərə alaraq, məsələnin bundan artıq uzanmasına ehtiyac görmürük. GAMOH-un təsis edilməsi, fəaliyyətinin uğur qazanmasında rolumuzun Mahmudəli Çöhrəqanlıdan az olmamasına baxmayaraq, ideoloji yanlışları və diktaturaya meyli olan Mahmudəli Çöhrəqanlı ilə birlikdə fəaliyyət göstərməyimizin mümkünsüzlüyünü də bildiririk. Yalnız millətimizin mənafeyini nəzərə alır, buna görə hüquqlarımızdan imtina edirik. Ümid edirik ki, qarşı tərəf də eyni mövqedən çıxış edəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR