Bank Of Baku

“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsində gənclərin iştirakı” mövzusunda konfrans keçirilib

“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsində gənclərin iştirakı” mövzusunda konfrans keçirilib
# 02 may 2007 15:57 (UTC +04:00)
APA-nın məlumatına görə, təbirdə çıxış edən “Gənclər Mərkəzi” İctimai Birliyinin rəhbəri Babək Mehdiyev Dövlət Proqramının qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi istiqamətində görülən işlərdən danışaraq, qazanılan uğurlar barədə məlumat verib. Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdir müavini Ərəstun Mehdiyev Azərbaycan gəncliyinin ölkədəki inkişaf prosesindən kənarda qalmadığını deyib. O, Azərbaycanda gənclərin sosial müdafiəsi ilə bağlı dövlət proqramlarını həyata keçirildiyini diqqətə çatdırıb. Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə ölkə gənclərinin aktivliyindən danışaraq, dünyada gedən inkişaf proseslərinin uğurla mənimsənildiyini bildirib. Nazir müavini yaxın günlərdə “Gənclər siyasəti” haqqında qanunun qəbul ediləcəyini də bildirib. Millət vəkili Fəttah Heydərov Azərbaycan gəncliyinin ölkədə gedən iqtisadi və siyasi proseslərdə fəal iştirak etdiyini qeyd edib, Azərbaycan dövlətinin gənclərə həmişə böyük qayğı göstərdiyini, bunun gələcəkdə də davam etdirəcəyini söyləyib. Millət vəkili Gülər Əhmədova isə gənclərə bərabər imkanlar yaradıldığını bildirib, gənclərə dövlət qayğısının Azərbaycan iqtidarının yürütdüyü siyasətin tərkib hissəsi olduğunu vurğulayıb.
Qeyd edək ki, tədbirə İqtisadi İnkişaf Nazirliyi, YAP Gənclər Birliyi, Bakı Biznes Universiteti, Gənclər üçün Təhsil Mərkəzi İctimai Birliyi və Tuna Mətbəəçilik və Reklamçılıq Şirkəti təşkilati dəstək verib. Konfransın baş sponsoru “Azersun Holding” Şirkətlər Qrupu, sponsoru Bank Respublikadır. Tədbirin informasiya dəstəyi APA-ya məxsusdur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR