Bank Of Baku

BMT baş katibi: “Ötən il 150-dən artıq jurnalist həlak olub”

BMT baş katibi: “Ötən il 150-dən artıq jurnalist həlak olub”
# 02 may 2007 12:30 (UTC +04:00)
BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, BMT baş katibi onları ən çox narahat edən məsələnin başqalarının acınacaqlı vəziyyətini işıqlandırmağa çalışan jurnalistlərin özlərinin hədəfə çevrilməsi olduğunu bəyan edib: “Ötən il 150-dən artıq peşəkar media işçisi vəzifəsini yerinə yetirərkən həlak olub, digər mətbuat nümayəndələri xəsarət alıb, həbs olunub, təqiblərə məruz qalıb və ya girov götürülüb. Bu, ancaq silahlı münaqişələr şəraitində deyil, jurnalistlər korrupsiya, yoxsulluq və hakimiyyətdən sui-istifadə hallarını araşdırarkən də baş verir. Bu yaxınlarda BBC jurnalisti Alan Constonun oğurlanması ilə bağlı hadisələri həyəcanla izləyirdim. Heç bir səbəb onun davam edən əsirliyinə haqq qazandıra bilməz. Mən bir daha Alan Constonun təcili olaraq sağ-salamat azadlığa buraxılmasına çağırıram”.
Daha sonra baş katib mətbuat azadlığına qarşı hücumların beynəlxalq hüquqa, insaniyyətə, azadlığın özünə BMT-nin təcəssüm etdirdiyi bütün dəyərlərə qarşı hücumlar olduğunu bəyan edib. Azad, təhlükəsiz və müstəqil mətbuatın demokratiya və sülhün ən əsas özüllərindən biri olduğunu vurğulayan baş katib bildirib ki, həm hökumətlərin, həm beynəlxalq təşkilatların, həm də media və vətəndaş cəmiyyətinin bu özülləri müdafiə etmək işində öz rolu var: “Gəlin, Ümumdünya Mətbuat Azadlığı Günündə bu amala sadiq olduğumuzu bir daha təsdiq edək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR