Bank Of Baku

Sərdar Cəlaloğlu: “Yeni Azərbaycan Partiyasının siyasi dialoqla bağlı müraciətimizə cavab verməməsi bizi seçdiyimiz yoldan döndərməyəcək”

Sərdar Cəlaloğlu: “Yeni Azərbaycan Partiyasının siyasi dialoqla bağlı müraciətimizə cavab verməməsi bizi seçdiyimiz yoldan döndərməyəcək”
# 02 may 2007 12:42 (UTC +04:00)
“Yeni Azərbaycan Partiyasının siyasi dialoqla bağlı müraciətimizə cavab verməməsi bizi seçdiyimiz yoldan döndərməyəcək. Çünki bu, bizim siyasi strategiyadır və bunu inkişaf etdirmək üçün mümkün addımları atacağıq”. Bu açıqlamanı APA-ya Azərbaycan Demokrat Partiyasının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sərdar Cəlaloğlu verib. O, Azərbaycandakı siyasi qüvvələrin münasibətinin məhz siyasi dialoq və konstruktivizm çərçivəsində qurulmasına tərəfdar olduqlarını deyən S. Cəlaloğlu yalnız bu yolla siyasi nailiyyətlərə nail olmağı mümkün sayır: “Mən başqa bir strategiyaların perspektivini görmürəm. Ona görə də bu işə başlamışıq. Siyasi dialoqla bağlı bizim tərəfimizdən mümkün olan addımların demək olar ki, hamısı atılıb. Partiyanın Ali Məclisi qərar qəbul edib, uzun müddət bunun təbliğatı ilə məşğul olmuşuq, hətta bu qərara görə müttəfiq partiyalarla əməkdaşlığın pozulmasına qədər inadkarlıq nümayiş etdirmişik. Təbii ki, belə bir şəraitdə öz tərəfimizdən edilə bilən bütün addımları atmışıq. Biz bu yolda olduğumuzu sözdə yox, işdə sübut etmişik. Amma iqtidar tərəfdən heç bir cavab yoxdur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR