Bank Of Baku

Mayın 4-5-də Bakıda GUAM milli koordinatorlarının iclası keçiriləcək

Mayın 4-5-də Bakıda GUAM milli koordinatorlarının iclası keçiriləcək
# 02 may 2007 13:38 (UTC +04:00)
Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilatının (GUAM) milli koordinatorları mayın 4-5-də Bakıda toplaşacaq. Bu barədə APA-ya diplomatik mənbələrdən məlumat verilib. Hazırda GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) ölkələrinin müxtəlif sahələr üzrə ekspertləri məsləhətləşmələr aparır və Milli Koordinatorlar Şurasının iclasının gündəliyi dəqiqləşdirilir. Şura isə öz növbəsində iyunun 18-19-da Bakıda keçiriləcək GUAM sammitinin gündəliyini müəyyən edəcək.
Xatırladaq ki, Bakı sammitində Azərbaycan qurumda sədrliyi Ukraynadan təhvil alacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR